Möminlərin ən gözəl xüsusiyyətlərindən biri bağışlamaqdır-Leyla Məmmədova

1689188_223239087866197_1586196058_n

Günlərcə, aylarca bəlkə də illərcə bir-birinə küs olan insanlar var

Günlərlə, aylarla, bəlkə də illərlə bir-birinə küsülü olan insanlar var və onlar bağışlamağı özlərinə sığışdıra bilmirlər. Qürurları sınar deyə, hətta canlarından çox sevdiyi bir insan olsa da, bağışlamaq üçün kiçicik addim belə atmırlar. Halbuki, həm özlərini, həm də o insanı əzab içərisində buraxır, özlərinə mənən iztirab verirlər.

Əgər bağışlasam, o səhvi yenə edər, və dostlarım, yaxınlarım mənə nə deyər? Əgər bağışlasam, özümü əzmiş olaram və s. bu kimi yanliş düşüncə sahibi olan minlərlə insan var. Bağişlamamaq üçün ən adi səbəblər gətirərək özlərinə bəraət qazandiran bu insanları düşündürən tək şey, özləri və içərisində olduğu cəmiyyətdir. Halbuki, insan digər insanların düşüncəsinə görə deyil, ilk növbədə Allahın istəyinə görə hərəkət etməlidir.

Addım atarkən “Allah razı olarmı?” deyə düşünməlidir. Bağışlamaq möminin ən gözəl xüsusiyyətlərindən biridir. Quran əxlaqında yaşayan, həyatını Allaha həsr edən, Allahın hər an razı qalacağı davranışı sərgiləyən bir mömin hər kim olursa-olsun, hər nə etmiş olursa-olsun, o insanı bağışlayar. Çünki, Uca Rəbbinin bağışlayıcı olduğunu unutmaz, örnəyi də tək olan Allahdan alar.

Ali-İmran surəsinin 31-ci ayəsində Deyir ki: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Çünki Allah çox bağışlayandır, rəhm edəndir.”

Bu surənin 89-cu ayəsində: “Yalnız bundan sonra tövbə edib, özlərini düzəldənlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir”.

Demək olar ki, Quranda bildirilən ayələrin bir çoxunda Allah bağışlayandır, rəhm edəndir – sözlərinin şahidi oluruq.

Bəs Uca Rəbbimiz bizə qarşı bu qədər mərhəmətlidirsə, üstəlik etdiyimiz hər səhvləri bağışlamaq üçün ikinci şans verirsə, onda biz nə üçün küskün olduğumuz, incidiyimiz bir şəxsi bağişlamayaq? Onlara ikinci şans verməyək? Etdikləri səhvləri mühakimə etmək, onlara məhkəmə qurub hirslənmək yerinə, gözəl əxlaqla, üslubla doğru yola nə üçün çəkməyək? Hər insanın şanslara ehtiyaci var. Rəbbimiz bağışlayıcıdır, Peyğəmbərlərimiz bağışlayıcıdır. Biz də örnəyi ideal olan Allahdan alaq. Bağışlamaq üçün cəhd edək.

Ali-İmran, 134. Ayə: Onlar bolluqda və darlıqda Allah yolunda xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah, yaxşılıq edənləri sevər.

Müəllif: Leyla Məmmədova

http://www.facebook.com/Leyla Gts M-va

Yorum bırakın