“Dəccal, evlərinizə girmiş, uşaqlarınızı əsir almışdır”-Javidan Jackson

10537061_691724504253087_750945087_oQuranda Firon öz üsyankar, heç bir əxlaqi dəyəri qəbul etməyən, Bəni İsraili ikinci sinif insan olaraq görən irqçi və onların oğlan uşaqlarını boğazlayaraq, öldürən faşist zehniyyətini, yaradıcını inkar edən materialist zehniyyətini cəmiyyətə qəbul etdirmək üçün bilikli sehrbazları istifadə etdiyi açıqca göstərilir. Hatda bir ayədə bilikli sehrbazların öz sehirlərini “…Fironun qüdrəti adına…”(Şuəra surəsi, 44) sözlərini söyləyərək etdikləri bildirilir. Bu gün yenə İrqçi, materialist, heç bir əxlaqi dəyəri qəbul etməyən, üsyankar ideologiyaları cəmiyyətə təlqin etmək üçün eyni metodlardan istifadə edirlər. Yeni vasitələrlə təbii, amma insanların şüurlarına təsir edərək öz batil və azğın ideologiyalarını cəmiyyətin hər bölümünə təlqin edirlər.

10411959_364164640406149_3328919586291418751_n

Bu təlqin metodlarından ən çox istifadə ediləni şüuraltı(subliminalni) mesajlardır. Bu şüuraltı mesajlara cizgi filmlərdə daha sıx rast gəlirik. Çünki cizgi filmləri izləyən uşaqlar zehni və psixoloji inkişafını hələ tam olaraq tamamlamadığı üçün onlar böyükləri belə asanlıqla təsiri altına ala bilən şüuraltı təlqinlərə qarşı daha çox həssas olurlar. Və nəticədə evdə güvəndə hiss olunan uşaqlarımız ailələrinin ruhu belə duymadan masonik cərəyanlar tərəfindən zehni olaraq idarə edilirlər. Uşaqlar tərəfindən əvvəl ayıb sayılan, pislənən, qadağan edilən, təsdiqlənməyən davranışların zamanla və yavaş-yavaş qəbul edilməyə başlanması, hətta bir müddət sonra daha da maraq göstərilən və geniş yayılan davranışa çevrilməsi bir çoxlarının fərqində olmadığı, amma son dərəcə əhəmiyyətli olan bir problemdir.

Peyğəmbərimiz 14 əsr bundan öncə bir hədisində bu vəziyyəti belə bildirir:
Dəccal, evlərinizə girmiş, uşaqlarınızı əsir almışdır”
(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman 73)

Müəllif: Javidan Jackson

Yorum bırakın