Zaman anlayışı-Ülviyyə Əlizadə

1074674_598107246942185_621680288_oZaman məfhumu, əslində, bir anın başqa bir anla müqayisəsi zamanı ortaya çıxır. Məsələn, bir cismə əlimizlə və ya hər hansı bir əşya ilə vurduqda ondan müəyyən səs çıxacaq. Eyni cismə beş dəqiqə sonra yenidən vurduğumuzda bu səs təkrarlanacaq. Burada birinci səslə ikinci səs arasında müəyyən bir müddət keçdiyini düşünürük və bu müddəti “zaman” adlandırırıq. Halbuki, ikinci səsi eşitdiyimiz vaxtda birinci səs yalnız beynimizdəki xəyaldan ibarət olur, yəni yaddaşımızdakı məlumat olur. İnsan yaddaşındakını yaşadığı anla müqayisə edərək zaman hissini qavrayır. Əgər bu müqayisə olmasa, zaman hissi də olmayacaq.
Digər misalda isə insan otağa daxil olur, otağın ortasındakı kresloda əyləşən bir adamı gördükdə beynində müqayisə aparır. Qapını açması, otağa daxil olması, kresloda əyləşən adamı görməsi, otağın ortasına doğru getməsi və s. ancaq onun beynində olan məlumatlardır. Burada zaman anlayışı kresloya oturan insanla bu məlumatlar arasında müqayisə edilərkən ortaya çıxır.
Qısaca, zaman beyindəki xəyallar arasında müqayisədən ibarətdir. Əgər insanın yaddaşı olmasa beyini müqayisə əməliyyatı apara bilməyəcək və təbii olaraq, zaman məfhumu da yaranmayacaq. Bir insanın “mənim otuz yaşım var” deməsinin səbəbi yaddaşı ilə əlaqədardır. Əgər yaddaşı olmasa belə zaman dilimindən xəbərsiz olacaq, yalnız yaşadığı tək bir “an”ı qavrayacaqdır.
Zaman hissi anlayış olduğu üçün tamamilə insanın qəbuletmə qabiliyyətindən asılıdır, yəni nisbidir. Zamanın nisbiliyini yuxularımızdan daha aydın hiss edirik. Bəzən yuxularımızda saatlar, hətta günlər keçir. Həqiqətdə isə hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə davam edir.
Mövzunu bir az da açıqlayaq. Xüsusi dizayn edilmiş tək pəncərəli bir otaqda oturub müəyyən bir müddət keçirdiyimizi düşünək. Keçən zamanı bilmək üçün də qarşımıza bir saat qoyaq. Eyni zamanda otağının pəncərəsindən günəşin çıxmasını və batmasını izləyək. Müəyyən müddət keçdikdən sonra otaqda qalma müddətimizi həm saata, həm də günəşin çıxıb-batmasına əsasən cavablandıracağıq. Məsələn, otaqda 3 gün qaldığımızı deyəcəyik. Lakin bizi bu otağa yerləşdirən adam, əslində, bu otaqda iki gün qaldığımızı bildirsə və pəncərədə gördüyümüz günəşin süni şəkildə yaradıldığını, otaqdakı saatın qəsdən sürətləndirildiyini söyləsə, hesablamalarımızın mənasız olduğunu görərik.
Bu nümunə bir daha göstərir ki, zamanın axış sürəti ilə əlaqədar məlumatımız ancaq qəbuletmə qabiliyyətimizə əsaslanır.
Müəllif : Ülviyyə Əlizadə(Ulviyye Alizade)

Yorum bırakın