Sevgisiz insanlar xəta edənlərə sərt davranarlar-Nigar Mamedova

1656250_291848210967988_1745724432_n

Allah dünya həyatında insanlara çox böyük həzz alacaqları böyük nemətlər hazırlamışdır.Ancaq insanların əksəriyyəti pis xarakterlərinə və göstərdikləri pis əxlaqa görə bu nemətlərdən uzaq qalırlar.İnsanlardakı bu pis xarakterdən biri də”bağışlaya bilməməkdir”.Bəzi insanlar sevgisizliyin səbəb olduğu xarakterlə bağışlama böyüklüyünü göstərə bilməzlər və öz əlləri ilə özlərini bir çox dünya nemətlərindən məhrum buraxırlar.İnsanların bir-birilərini bağışlaya bilməmələrinin səbəbi sevgisizlikdir.

Sevgisizlik kin və nifrətə çevrilir.Əgər insanın kin saxlamaqda haqlı olduğu tərəf varsa,belə halda bağışlamaq daha da çətinləşir.Bu haqlılıq isə çox zaman qarşı tərəfin doğrudan da bir səhv etməsindən irəli gəlir.”Mənə qarşı necə belə şey edə bilər…Necə bu qədər düşüncəsiz,eqoist,ağılsız ola bilər..”kimi qarşı tərəfin səhvinə dayanan haqlı ifadələr bu insanların kin və nifrətlərinin artmasına səbəb olur. Halbuki çox zaman hər iki tərəfin də özünə görə haqlı olduğu məqamları tapmaq çətin olmur.Bəzən bir insan 100% haqlı olur.Amma çox zaman da 5% də olsa,qarşı tərəfin də özünə görə haqlı olduğunu düşünməlidir. Bütün bu vəziyyətlərdə heç nəyə baxmayaraq,insan haqlılığından yüz faiz əmin olsa belə,bağışlama,xoş görmək kimi gözəl əxlaq sərgiləməlidir.Bu hər şeydən əvvəl Quran əxlaqının gərəyidir.Təvazökarlığın,xoşgörmənin,mülayimliyin bir gərəyidir.Allah ayədə belə buyurur: “Sizdən fəzilətli və varlı olanlar,yaxınlara,yoxsullara və Allah yolunda hicrət edənlərə verməktə əksiltməsinlər,bağışlasınlar,xoşgörsünlər.Allahın sizi bağışlamasını istəməzdinizmi..Allah bağışlayandır,əsirgəyəndir”(Nur surəsi,22)

HƏR İNSAN XƏTA EDƏCƏK ŞƏKİLDƏ YARADILMIŞDIR…

İnsan qüsurlu bir varlıqdır.Həyatının sonuna qədər heç bir xəta etmədən yaşaması mümkün deyildir.Allah bir çox hikmətlə insanı xəta edəcək şəkildə yaratmışdır.Bu səbəblə də,bir insanın qarşısındakı insandan heç vaxt səhv etməməsini tələb etmək yanlışdır.Dünyanın ən mükəmməl insanı belə nəticə etibarı ilə bir”insandır”.Allahın yaradılışı gərəyi mütləq unudacaq,yanılacaq,xətaya düşəcəkdir. Əgər bir insan xoş niyyətli,səmimi,dürüstdürsə,mütləq səhvlərini düzəltmək üçün əlindən gələni edəcəkdir.Bir insanı dəyərləndirmək heç xəta etməməsini gözləmək və ya bir səhv etdikdə həyatından silmək deyildir.Əksinə,xəta edə biləcəyini unutmamaq,xəta etdikdə bunu düzəltməyə nə qədər can atdığına fikir verməkdir.Əgər insan işlədiyi qüsuru örtmək,bu xətanın nəticəsini təmizləmək,qarşı tərəf üçün əlindən gələni edirsə,heç vaxt itirmədən bağışlamaq gözəl əxlaqın gərəyidir. Cəmiyyətdə qəlblərindən ata bilmədikləri kin və nifrətə görə,bir-birilərini bağışlaya bilməyən,buna görə də ən sevdiklərindən ayrı qalan insanlar vardır.Sırf bağışlaya bilmədikləri üçün sevməkdən,sevilməkdən,quracaqları güvən dolu dostluqdan,yaxınlıqdan,sədaqətdən,sirdaşlıqdan,vəfadan məhrum bir həyat yaşamaqdadırlar.

BAĞIŞLAMAQ ÇOX BƏRƏKƏTLİ VƏ GÖZƏL BİRDUYĞUDUR…..

Nəfs “qürur” adı altında insanları bir-birilərini bağışlamaqdan,altdan almaqdan,xoş görməkdən,bir-birilərinə güvənməkdən,gözəl gözlə baxmaqdan,sevgiylə,mərhəmətlə yaxınlaşmaqdan məhrum edər.İnsanlara qururu hörmət ediləcək bir vəsf kimi göstərərək,onlara qürurlarından imtina etməyəcək kimi son dərəcə xətalı bir əxlaqı təşviq edir.Bağışlayan insanın alçalacağına,ağılsız vəziyyətinə düşəcəyinə inandırmaqdadır.Bəzi insanlar da nəfslərinin bu aldadıcı səsinə qulaq verərək,qürurlarının da dəstəyi ilə içlərindəki kini və nifrəti böyüdürlər.Halbuki bağışlamaq kin və nifrətdən daha asan,daha rahat,bərəkətli və gözəl bir duyğudur.İnsan 100% haqlı olduğunda belə bağışlamaq böyüklüyünü göstərdikdə,içində cox dərin bir rahatlıq,fərahlıq duyğusu yaşayar.Ona qəlbindəki bu duyğunu yaşadan isə yalnız Allahdır.Allah bəyəndiyi əxlaqı göstərən,nəfsinin təlqininə baxmayaraq,gözəl əxlaq göstərən qullarına Öz qatından bu lütfünü əta etməkdədir.Bağışlamayan insan hər gün,hər saniyə içindəki kin və nifrətin acısını,izdirabını,sıxıntısını yaşarkən;bağışlayabilən insanlar isə göstərdikləri gözəl əxlaqa görə sevgi,dostluq və hörmətə qovuşarlar. “Əhdlərini pozduqlarına görə, onları lənətlədik və qəlblərini sərtləşdirdik.Onlar sözlərin(Tövratda Peyğəmbərin vəsfinə dair kəlimələrin və başqa ayələrin)yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini(Rəsulum Peyğəmbərə iman etməyi) unudurlar.Çox az qismi istisna olmaqla,onlardan xəyanət görərsən.Yenə də onları bağışla,günahlarından keç.Şübhəsiz Allah bağışlayanları sevər.”(Maidə,13) Allah Quranda da iman edən qullarını bağışlamağa çağırmışdır.”Sən əfv və asanlıq yolunu mənimsə,yaxşı işlər görməyi əmr et və cahillərdən üz çevir”(Əraf,199) Bu insanın nəfsinə çətin gələn,lakin Allah qatında gözəl qarşılığı olan bir əxlaqdır.İnsan ona qarşı olan səhvə hirslənə bilər,onu bağışlamaq istəməz.Halbuki Allah möminlərə bağışlamağın daha gözəl olduğunu bildirmiş və onları buna təşviq etmişdir; “Pisliyin qarşılığı onun özü kimi bir pislikdir.Amma kim bağışlayar və islah edərsə,onun mükafatı Allaha aiddir…”(Şura,40) Möminlər digər möminlərə qarşı bağışlayıcı bir əxlaq göstərərlər.Lakin onların bağışlaması din əxlaqını yaşamayan insanların bağışlamasından fərqlənir.Din əxlaqını yaşamayan insanlar çox zaman dilləri ilə bağışladığını söyləsələr də,edilə xətaya qarşı qəlblərindəki kin və nifrəti yox etmələri uzun çəkər.Etdikləri hərəkətlər bu kinin yansıması olur.Əllərinə fürsət keçən kimi kin və nifrətlərini dillərinə gətirərlər. Möminlərin bağışlaması isə səmimiyyətdən irəli gəlir.İnsanın xəta edə biləcək bir şəkildə yaradıldığını bildikləri üçün,əvvəldən xoş rəftar göstərirlər.Quranda yer alan tövbə ilə bağlı ayələr insanların xəta edə biləcək bir varlıq olduğunu,lakin mühüm olan səhvini anlayan kimi bu səhvi təkrar etməmək olduğunu bildirir.Bu ayələrdən biri belədir; “Allah yanından yalnız o kəslərin tövbəsi qəbul olunar ki,onlar nadanlıq ucunda pis bir iş gördükdən sonra dərhal tövbə edərlər.Allah belələrinin tövbəsini qəbul edir.Həqiqətən,Allah(hər şeyi) biləndir,hikmət sahibidir”(Nisa,17) İnsanın səmimiyyətini ifadə edən bu şərtlər olduqca,möminlər də bir-birilərinə qarşı hər zaman bağışlayıcı və mərhəmətli davranırlar.Tövbə etdiyi,peşman olduğu,düzəltməyə çalışdığı xətasına görə möminə kin bəsləməzlər.Səmimi olaraq imtina etmişsə,keçmişdə etdiyi xətasına görə mühakimə etməyəcəklərini və ən əsası insanın hazırda göstərdiyi əxlaq olduğunu bilirlər. Yuxarıda bildirdiyimiz kimi,möminlər tamamən haqlı olduqları və qarşı tərəfin də tamamən haqsız olduğu bir vəziyyətdə belə,bağışlayarlar.Çünki Allah bunun gözəl bir əxlaq olduğunu bildirib tövsiyə etmişdir; “Onlar bolluqda da,darlıqda da xərcləyər,qəzəblərini udar və insanların günahlarından keçərlər.Allah yaxşılıq edənləri sevər”(Ali-İmran,134) Allahın bu hökmünə əsaslanaraq,öz haqlarından asanlıqla imtina edər,mülayim davranaraq,qarşı tərəfə gözəl nümunə olarlar.

Müəllif: Nigar Mamedova

Yorum bırakın