Elvin Ələsgərov-Peşmanlıq

192495_406722632729881_1464936428_o

Möminin peşmanlığı

İnsanlar yaşadığı müddətcə müxtəlif günahlar edirlər və bu günahları səbəb ilə peşman olurlar.Peşmanlıq hissi möminlərdə və iman gətiməyən insanlarda fərqli olur.İman gətirməyən insanların peşmanlığı əksər vaxt  uzun müddət çəkir.Peşmançılıq sıxıntı, kədər, qəm, ürək sıxılması hallara davam edir və insana bir növ zülm edir. Belə vaxt imansız insanlar bu vəziyyətdən çox çətinliklə çıxırlar.Peşmanlıq hissi iman gətirməyənlərə özlərinin lazımsız belə olduğunu hiss etdirir.Bütün belə, həyatdakı xoşbəxtliyi azaldan hisslərin baş verməsinin tək səbəbi bu insanların Allahı layiqincə qiymətləndirmiş olmaması və Allahın qədərində yazdığı bu günahlarla nəyi bildirdiyini anlamamasıdır.Bizim qədərimizi  Allah yazdığına görə şübhəsiz ki, günahları da qədərimizə Allah yazır.Bir ayədə Allah hər şeyi qədər ilə yaradığını bildirir:

Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. 54/49

Allahın insanların qədərində  günah yazmasının səbəbi Özünü tanıtmaq istəməsidir.Uca Allahın adlarından biri ƏT-TAHİRdir. Allahın bu adının mənası pak olan, saf, qüsursuz mənalarını verir.Allah insanlara qüsursuz yalnız  Allahın olduğunu göstərmək üçün öz bəndələrinin qədərində yazır. Allah yazdığı günahların ardından ona gözəl nemət verəcəyini vəd etmişdir, yəni insan günah işlədikdə Allahın onun qədərində niyə bunu yazdığına və günahın ardından xeyir olduğunu unutmamalıdır, əks davranış Qurana ziddir.

Yuxarıda iman gətirməyənlərin peşmançılığı haqqında yazdıq. Möminlər həyatlarda hər şeydən üstün Allahın razılığını düşündüklərinə görə onların bütün həyatları iman gətirməyən insanların həyatlarından fərqlənir, o cümlədən, peşmançılıq hissi də. Möminin peşmanlığı çox qısa müddət çəkir.Misal üçün bir möminin günah işlədiyini düşünək.Mömin ilk anda Allahın qüsursuzluğunun bir daha şahidi olur, qüsurlu olduğuna görə Allaha möhtac olduğunu anlayır.Daha sonra mömin Allahın buyurduğu qaydada Allaha dua edərək bağışlanmağını istəyir.Quranda Allah möminin bu hərəkətini belə göstərir.

O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? 3/135

Mömin bu ayəyə əsasən, bağışlanmağına dua edir və Allahın ƏL-Ğəfur sifətini (günahları bağışlayan) anaraq, günahının bağışlanmasına  ümid edir.Mömin bu günahını bir daha etməməyə çalışır, çünki Allah müttəqilərin elədikləri günahın üstündə israrla durmayanlardan olduğunu bildirmişdir.

onlar bilə-bilə etdiklərinə görə israr etməzlər..3/135

Ancaq burda bildiməklə lazımdır ki, ola bilər ki, insan tövbə edərək bir-neçə dəfə tövbəsini pozsun.Belə hal da qəbahətli hal sayılmır.Bu vəziyyətdə də Allah böyük lütf edərək, yenə də həmin şəxsin tövbə etməsini bildirir.Lakin unutmaq olmaz ki, ölüm hər an gələ bilər və bu imtahanın sonu sayılır bu anda edilən tövbə qəbul olunmaya bilər.

Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! 4/18

Qısa olaraq, belə bildirə bilərik ki, mömin heç vaxt günahın dolayı peşmançılıq çəkib kədərlənməz.Allahın ona niyə belə günah yazdığı barədə fikirləşməli və özünü islah edib düzəltməlidir.Şeytana uyub Allah günahımı bağışlayamacaq deyə düşünməməli və Allah kədərlənməyi haram buyurduğu üçün kədərlənməməli.

 

Müəllif: Elvin Elesgerov

Yorum bırakın