Niyə hər şey yaşamağımızı istəyir?

1374798_535343709867772_1465170441_n

Hər gün insan bir neçə saatlıq yuxudan oyanır və yeni gün ilə həyatını yaşamağa davam edir.İnsanların əksəriyyəti yeni gündə onun yaşamağını təmin edən və onun yaşamaşı üçün vacib olan, insanın ixtiyarı hətta xəbəri belə olmadan qüsursuz çalışan nemətlər haqda heç fikirləşmir.Misal üçün Günəş hər gün Şərqdən çıxıb Qərbdə batır, bir çox insan bunun fərqində olsa da, Günəşin nəyə görə belə etdiyini? Niyə kainatda böyük sürətlə hərəkət etdiyi halda öz yerini tərk etmədiyi haqda maraqlanmır.Daima bizim nəfəs almağımız üçün fotosintez prosesi gedir.Bütün orqanlarımız öz işini yaxşı bilir.Heç kəs qaçanda ürəyinin nə qədər qan vurmaq lazım olduğunu müəyyənləşdirmir. Dünyada insanın yaşaması üçün həddindən artıq kompleks sistemlər yanılmadan işləyirlər.Əgər bu sistemlərdən birində nəsə qüsur olarsa, heç bir insan artıq yaşaya bilməz.Səmimi düşünən insan sadəcə bir neçə dəqiqəlik ətrafına fikir verərsə, bu nemətlər fərqinə varar.İnsanlar doğulduğu andan etibarən bu nemətlər onu əhatə etmişdir. Bu nemətləri hər gün gördükləri halda onlarda bir növ “alışqanlıq” yaranıdığından dolayı bu nemətləri hiss etmirlər.İnsanlar sanki qəflətdə yaşayırlar.Bəs bütün bunların tənzimlənməsi necə olur? Buradakə nemətlər çox kompleks, bütün incəliklərinə qədər hesablanmış sistemlərdir.Səmimi halda düşünən istənilən insan bu nemətlərin şüurlu şəkildə hərəkət etdiyini görər.Şübhəsiz ki, bu mürəkkəb quruluşa malik olan sistemləri idarə edən sonsuz ağıl və güc sahibi olan biri vardır.Allah hər gün bu nemətləri qarşılıqsız şəkildə bizə verir.Allah Öz sevgisini insanlara belə göstərir və hər bir halda insanların rahatını düşünmüşdür. Təbii ki, biz bunun qarşılığını heç vaxt ödəyə bilmərik bu qeyri-mümkündür.Allah bu nemətlərə qarşı bizim sadəcə Ona ibadət etməyimiz, nazil etdiyi Qurana tabe olmağımızı istəyir.Zəriyət surəsi 56-cı ayəsində Allah bizi yaratmaq və bu nemətləri qarşılıqsız şəkildə vermək məqsədini açıq şəkildə bildirmişdir. Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Allaha ibadət etdikdə insan əsl sevgiyə, xoşbəxtliyə qovuşur şövq dolu, gözəl həyat yaşayır.İnsanların böyük bir qisminin məhz ətrafındakı nemətlər haqda “niyə?” sualını vermədiklərinə görə, Allahı layiqincə qiymətləndirmədiklərinə görə sıxıntılı, çətin, qorxu dolu, narahat həyat yaşayırlar.Allahı layiqincə qiymətləndirməməklə əlaqdar bele bir misal çəkək. Əgər bir rəssamın sərgisinə getsəniz, hansısa rəsmi bəyəndiyiniz halda rəssama qarşı “sanki rəsmi çəkən o deyil” kimi davransanız, əlbətdəki rəssama bu xoş getməz.Bir bəndənin ətrafindakı nemətlərdən istifadə edib, Allaha şükr etməməsi Allaha xoş getmir.Allah əbədi olduğuna görə Ona duyulan sevgi də əbədidir.Hər bir insanın ruhunun əbədi sevgiyə ehtiyacı var.Allah Ona ibadət edənə, momin olmaga cəhd göstərənə, yaxşı əməl edənə gözəl həyat yaşadacağını bildirir Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!). Nəhl 97 Bir neçə dəqiqə ətrafimiza diqqət edək! Ətrafımızdakı nemətlərin fərqinə varaq.Sadəcə öz bədənimiz haqda düşünsək belə Allahin incə hesablamalarının şahidi olarıq.Misal üçün betondan belə daha möhkəm olan sümüklərimiz bizə narahat verməyəcək şəkildə yerləşdirilib ya daimi narahatliq versə idi? Duyğu orqanlarımızdan biri olmasa idi necə çətinlik çəkərdik.Allahın verdiyi nemetləri saymaqla qurtarmaz.Ona görə də Allaha layiqincə ibadət edək, nemətlərə qarşı şükrümüzü bildirək,Allahdan bağışlanma diləyib gözəl həyat yaşatmasını ümid edək.

 

Müəllif: Elvin Elesgerov

Yorum bırakın