Qızıl Nisbət Nədir?-Rafet Alizade

 1796566_519829988137228_681525163_n    Misir piramidalarını, Leonardo da Vinçinin “Müqəddəs Jerom” əsərini, günəbaxan çiçəklərini, molyusk çanaqlarını və barmaqlarımızı birləşdirən ortaq cəhət nədir? Bu sualın cavabı  mikrodünyanın DNT-sindən makrodünyanın nəhəng qalaktikalarına qədər nizamlanmış incə bir əyar olan qızıl nisbətdir.
    Qızıl nisbət italiyalı bir riyaziyyatçı olan Fibonaççinin tapdığı ədəd ardıcıllığından alınan nisbətdir. Ardıcıllıq bu cürdür: 0, 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144 və s. Bu ardıcıllığın iki maraqlı xüsusiyyəti vardır. Birincisi, ardıcıllıqdakı hər ədəd özündən əvvəlki iki ədədin cəminə bərabərdir. İkinci ən maraqlı xüsusiyyəti isə ardıcıllıqdakı ədədlərin özündən əvvəlki ədədə nisbəti sırada irəlilədikcə sabitləşir, yəni 89/55 nisbətindən başlayaraq məşhur qızıl nisbət- 1,618 riyazi sabiti alınır.

Qızıl nisbət riyaziyyatda çox mühüm yer tutan sabitlərdən biridir. Lakin bu ədədin əhatə dairəsi təkcə riyaziyyatla məhdudlanmır. Bir çox elm sahəsinin mütəxəssisləri bu ölçüdən istifadə etmişlər. Məsələn, misir ehramlarına baxdığımız zaman həndəsi piramida quruluşlarında qızıl nisbətin hesablanmış olduğunu, da Vinçi kimi məşhur sənətkarların əsərlərində qızıl nisbətə geniş yer verildiyini görərik. Başlayarkən də qeyd etdiyimiz kimi, qızıl nisbət təbiətdə çox geniş şəkildə özünü göstərən bir ölçüdür. Alimlərin və incəsənət mütəxəssislərinin araşdırmaları nəticəsində qızıl nisbətin insanların bədənlərindəki ölçülərdən tutmuş üzdəki cizgilərinə və hətta əl barmaqlarına qədər kodlandığı müəyyən edilmişdir. Məlum olmuşdur ki, qızıl nisbətə uyğun olan insan surəti istisnasız hər kəsin bəyəndiyi gözəllikdə olur. DNT-yə nəzər saldığımız zaman bu molekuldakı 21 anqstrem və 34 anqstrem ölçüsünün iki Fibonaççi ədədi olduğunu görərik. Makrodünyadakı qalaktikaların bir çoxu da loqarifmik spiral quruluşuna sahib olub özündə qızıl nisbətin nəhəng nümunəsini ehtiva edir.        Bəs necə olur ki, bütün kainatda belə incə nizam və əyar mövcud olmuşdur? Necə olur ki, sadəcə bir riyazi ifadə olaraq gördüyümüz 1,618 öz bədənimiz də daxil olmaqla hər yerdə özünü göstərir? Bu, gözləgörünməz molekulların, öz bədənimizin, kainatın nəhəng strukturlarının, ətrafda gördüyümüz simmetriya, qüsursuzluğun və təbiətdəki estetikanın üstün bir ağıla sahib eyni bir Yaradıcı tərəfindən dizayn edildiyinin ən açıq göstəricilərindən biridir.
Müəllif: Rafet Alizade

Yorum bırakın