Myanmarın ölkəsiz İnsanları: Rohingayalılar

202436_259758007475543_1811472756_o

Onlar dünyanın ən çox zülmə məruz qalan, ən yalnız qalan xalqlarından biridir …

Onlar uzaqlarda bir yerlərdə, acı içində həyat mübarizəsi verən bir insan birliyidir. Cənub-Şərqi Asiya Çin Hindisi bölgəsinin ən böyük ölkəsi olan Myanmarda yaşayırlar. Daha doğrusu Myanmarda yaşaya bilmək, həyata tutunmaq, həyatda qala bilmək üçün çırpınırlar. Birləşmiş Millətlərə görə Rohingya Müsəlmanları dünyanın ən yalnız qalan, ən əzilmiş və ən çox zülmə uğrayan xalqlarından biridir. Onlar haqqında deyiləcək o qədər çox şey var ki, bunları tək bir yazıya sığdırmaq mümkün deyil. On illərdir böyük bir zülmə məruz qalırlar.

Ölkədə yaşanan bu zülm yalnız Rohingyalara istiqamətli deyil əlbəttə. Rohingya Müsəlmanları xaricindəki digər müsəlman birliklər da uzun illərdir ölkədə sistematik bir zülm və nifrət siyasətinin hədəfi olmuşlar. Myanmar’ın qərb bölgəsində, Banqladeş sərhədindəki Arakan, yəni Rakhine əyalətində yaşayırlar. Arakan, Myanmar’ın 7 əyalətindən biridir. Ancaq Rohingya Müsəlmanları, Myanmar torpaqlarında olmalarına baxmayaraq, bu ölkənin vətəndaşı olaraq qəbul edilmir. Ölkə rəhbərliyi, ədədləri təxminən 800 mini tapan Rohingyaları “Banqladeşli qaçaq immiqrantlar” olaraq görür. Digər tərəfdən Banqladeş hökuməti də onları öz vətəndaşı olaraq qəbul etmir. Bu səbəbdən Rohingya xalqı, Cənubi Asiya coğrafiyasında, Myanmar və Banqladeş arasında sıxışıb qalmış, həyat mübarizəsi verən, kimsəsiz və ölkəsiz bir birlikdir.

Öz torpaqlarında əsir düşmüş insanlar . . .

Ölkənin vətəndaşı sayılmadıqları üçün , varlıqlarını ifadə edə biləcək bir şəxsiyyətləri və əhaliyə qeydləri yoxdur. Bunun yerinə üzərində “xaricilərə aiddir” yazan və heç bir etibarlılığı olmayan ağ bir şəxsiyyət daşımaq məcburiyyətindədirlər. Onlar , dünyanın hər hansı bir yerində rastlaşa biləcəyiniz insanların həyatından çox fərqli bir həyat yaşayırlar. Normal insanların ətrafında var olan demək olar ki heç bir şeyə sahib deyillər. Şəxsiyyətləri olmadığı üçün sağlamlıq kimi ən təbii ictimai hüquqlardan belə faydalanmır, xəstəxanalara qəbul edilmirlər. Dövlət idarələrində işləmələri, ictimai xidmətlərdən faydalanmaları qadağandır. Hazırda dövlət idarələrində çalışan tək bir Müsəlman yoxdur. Siyasi dərnək ya da partiya qura bilməzlər. İş sahibi olmaları üçünsə , mütləq bir Budistle ortaq olmaq məcburiyyətindədirlər. Və bu ortaqlıqda Buddist olan adam, heç bir sərmayə qoymadığı halda, müəssisənin yarısına ortaq qəbul edilir. Təhsil imkanlarından yararlana bilmir, məktəblərə qəbul edilmirlər, bu səbəblə 80%-i oxuma yazma belə bilmir. Hər hansı bir şəkildə mal, mülk, torpaq sahibi ola bilmirlər. Betondan ev etmə icazələri yoxdur, ancaq bambuk ya da taxtadan evlər tikə bilirlər və bunların da yenə hər an əllərindən alınma riski var. Dövlətə aid qəbul edilən bu evlər bir qəza nəticəsində yansa, ev sahibləri , dövlətin malını yandırdıqlarına görə altı ilə qədər həbslə cezalandırılırlar.

Müsəlmanlar sahib olduqları heyvanlar üçün də hər il dövlətə vergi ödəmək məcburiyyətindədirlər. Saat doqquzdan sonra küçəyə çıxmaları, polisdən icazəsiz qonşu ziyarəti etmələri belə qadağandır. Evlilik icazəsi ala bilmək üçün isə, evlənmələrini haradasa qeyri-mümkün hala gətirən , çox mane ilə qarşılaşırlar. Bu vəziyyət , Myanmar rəhbərliyinin müsəlman əhalisini azaltma siyasətinin əhəmiyyətli bir parçasıdır. Evlilik icazəsi almaq istəyən kəslər , hər iki tərəfdən də ayrı-ayrı olmaq üzrə çox yüksək miqdarda vergi ödəmək məcburiyyətindədirlər . İcazə üçünsə 2-3 il gözləmələri lazımdır və bəzən bu vergini ödəyib gözləyənlərə sonrasında icazə də verilmir. Evli cütlərin ikidən çox uşaq sahibi olmaları da qadağandır. Doğan və ölən hər uşaq üçün isə , dövlətə vergi vermək məcburiyyətindədirlər.

Rohingyalılara küçəyə çıxmaq qadağandır. Şəhərlər arası səyahət etmə icazələri yoxdur. Qonşu bir kəndə getmək üçün rəsmi icazə almaq məcburiyyətindədirlər. hansı səbəblə olursa olsun, səfərə çıxmaq üçün və yaxud hər hansı bir xəstəliklərinə görə də, Arakanın paytaxtı Akyab’a getmələri qadağandır. Myanmar’ın paytaxtı Rangoona getmələri isə heç bir şəkildə mümkün deyil. Belə bir icazə ala bilmək üçün, uzun çəkən sıralarda gözləməli, ödəniş və əksər hallarda rüşvət ödəməlidirlər. Səyahət kartı olan Müsəlmanlar belə bəzən avtobuslardan, qatarlardan zorla düşürülür. Rohingyalara tətbiq olunan təzyiq və məhdudiyyətlər o dərəcədə ağırdır ki, müsəlmanların satın ala biləcəyi məhsullar belə çox məhdudur. Motorlu nəqliyyat vasitəsi, sabit, ya da cib telefona sahibi olmaları belə qadağandır. Rohingyalar, tez-tez mülklərinə əl qoyulması, özbaşına olaraq həbs olunma və nəzarətə alınma, fiziki və cinsi zorakılığa və işgəncələrə məruz qalma kimi vəziyyətlərlə də qarşılaşırlar.

Bunun yanında hökumət və hərbi orqanlar üçün heç bir ödəniş ödenilmədən nizamlı olaraq zorla işə cəlb edilirlər. Rakhine əyalətindəki Rohingyalar üçün zəruri olan bu işi bölgədəki uşaqlar da tez-tez yerinə yetirmək məcburiyyətində buraxılır. Myanmar səlahiyyətliləri, sözdə təhlükəsizliyi təmin etmək səbəbiylə, Rohingya əhalisinin böyük qismini yaşadıqları yerlərdə həbs vəziyyətində saxlayırlar. Rohingya birliklərinin yaşadığı yerlərin ətrafı tikanlı məftillərlə və barrikadalar ilə əhatə olunmuşdur. Çölə çıxmalarına icazə verilməyən Rohingyalar dolanışıqlarını təmin etmək üçün iş imkanlarından da məhrum edilirlər.

“Arakan İslam Krallığı” Necə Bu mövqeyə gəldi? XV əsrin əvvəllərində bölgədə Arakan İslam Krallığı quruldu və bu tarixdən sonra da İslamiyyət Arakan’da sürətlə yayıldı. 354 il müstəqil bir dövlət olaraq qalan Arakan, 1784-cü ildə Buddist Krallıq tərəfindən işğal edildi. 1826-cı ildə Burma işğalı sona çatdığında isə, ölkədə 120 il davam edəcək olan İngilis işğalı başladı. İngilislər ölkədən geri çəkildikdən sonra ölkədəki Buddistlər, Hindistanlı və Banqladeşli Müsəlmanlara qarşı ciddi bir hücum siyasəti başlatdılar. Bu hücumlar səbəbiylə Müsəlman əhalisinin böyük əksəriyyəti ölkəni tərk edərək Hindistana və Bangladeşə sığındı.

Bölgədə qalan Rohingya Müsəlmanlarına qarşı isə kütləvi qırğınlar başladı. 1938-ci ildə başlayan qətliamlarda minlərlə Müsəlman öldürüldü , 500. 000-dən çox müsəlman isə yenə bölgəni tərk etmək məcburiyyətində qaldı. 1942-ci ildə başlayan və 40 gün davam edən qətliam dalğasında isə ən az 150. 000 Arakan’lı Müsəlman qətl edildi , kəndləri yağmalandı , qiymətli əşyalarına , mallarına , heyvanlarına əl qoyuldu. Bu hücumları 1947 və 1954-cü illərdəki qətliamlar və 1978 -ci ildəki “Kral Dragon Əməliyyatı” izlədi və bütün bu hadisələrdə on minlərlə müsəlman qətlə yetirildi. Yüzlərlə Müsəlman qadın, kişi, uşaq səbəbsiz yerə həbs olundu , işgəncə gördükdən və təcavüz edildikdən sonra öldürüldü. Bu mərhəmətsiz hücumlardan dəhşətə gələn Müsəlman xalqı Banqladeş sərhədinə doğru ölkəni tərk etməyə başlamış ancaq yolda da hücumlar yenə davam etmiş və bir hissəsi yolda , bir qisimi də sahil xəttində qayıqlara edilən hücumlar nəticəsində həyatlarını itirmişdir. 2012-ci il İyun ayında Arakanda gerçəkləşən böyük Qətliam . . .

İyun 2012-ci ildə isə , 10 Müsəlmanın Budistler tərəfindən qətl edilməsindən sonra şiddət hadisələri bir daha bütün Arakan’a yayıldı. Maungdaw şəhərindəki Mərkəz Məscidində toplanan yüzlərlə müsəlman , Buddist fanatiklər və Burma polisinin hücumlarına məruz qaldı, çox sayda adam yaralandı və şəhid edildi. Bu hadisənin sonra Müsəlman kənd və qəsəbələrinə hücumlar təşkil edildi , günahkarları saxlamaları səbəbiylə 300′dan çox müsəlman kənd atəşə verildi , məscid və mədrəsələr yandırılıb yıxıldı. 1000-dən çox adam qətlə yetirildi , minlərlə Müsəlman evlərini və kəndlərini tərk edərək meşələrdə yaşamaq məcburiyyətində qaldı. Yenə bu şiddət hadisələrindən qaçmaq istəyən minlərlə Rohingya müsəlmanı isə gəmilərlə Hind okeanına və Naf çayına doğru dənizə açıldı , ancaq Banqladeşin bu qaçqınları ölkəsinə qəbul etməməsi nəticəsində yüzlərlə müsəlman boğularaq öldü. Rakhine bölgəsində qalanların evləri isə, fanatik qruplar tərəfindən atəşə verildi, yanan evlərdən çıxanlara isə, küçəyə çıxma qadağasını pozduğu üçün atəş açıldı. Çox sayda Rohingyalının evlərində diri-diri yandığı hadisələrdə, cəsədlər də yük maşınlarıyla daşınaraq ortadan qaldırıldı, bu səbəblə də hadisələrdə ölənlərin sayları təsbit edilə bilmədi. 2014-cü il Yanvar ayında Başlayan Yeni Qətliam Dalğası. . . 14 Yanvar 2014-cü ildə isə Rohingya Müsəlmanlarının yaşadığı Maungdaw bölgəsinə bağlı Du-Chira-Dan kəndində yeni bir qətliam dalğası başladı. Myanmar Hərbi Qüvvələri, Polis Qüvvətləri (Hlun Hteins) və Rakhine terroristləri, Arakan əyalətindəki Rohingyalıların yaşadığı bu kəndə vəhşi və qanlı bir basqın gerçəkləşdirildi.

Bölgədəki kənd idarəçisinin 8 Rohingyalını öldürməsinin ardından baş verən hadisələrdə bir polis məmurunun da öldürülməsi üzərinə, Maungdaw bölgəsi səlahiyyətliləri, təhlükəsizlik qüvvələrinin kəndlilər üzərinə atəş açmaları əmrini verdi. Hücumlarda ən az 48 adam öldürüldü, bir çox günahsız kəndli həbs olundu, qadın və qızlara təcavüz edildi, 200 qadın, 6 kişi və 5 uşaq da itkin düşdü. Rohingya xalqından olan 10 yaşdan yuxarı bütün kişilər üçün isə bir “tutulma əmri” çıxardıldı. Yüzlərlə adam qorxudan qaçaraq bölgəni tərk etmək məcburiyyətində qaldı. 340 sığınacağın olduğu və 4000 adamın yaşadığı yaşayış sahəsi tamamilə boşaldıldı. Kənd, səlahiyyətlilər tərəfindən “qadağan olunan bölgə” elan edildi və xaricdən gələn müşahidəçilərin, jurnalistlərin və Rohingyalıların kəndə girişləri qadağan edildi. Kəndin təxminən 60 evi örtən bir qisimi isə Polis qüvvələri və Rakhine terrorçuları tərəfindən atəşə verilərək yandırıldı.

Yaxındakı kəndlərə qaçan Rohingyalılardan təxminən 500-ə qədər adam, sığınacaq yerləri olmaması və aclıqla qarşı-qarşıya qalmaları səbəbiylə kəndlərinə geri döndülər. Ancaq kənddəki evlər, əşyalar, heyvanlar, yeməklər tamamilə talan edilmişdi. Qaçqın düşərgələrində da Hayat Onlar üçün fərqli deyil. . . Onlara qarşı edilən bütün bu tətbiqlərdə məqsəd, Müsəlmanların narahat edilərək ölkəni tərk etmələrini təmin etməkdir. Və on illərdir davam edən bu təzyiq və zülm siyasəti nəticə vermiş və bu gün yüz minlərlə Arakanlı Müsəlman Burma hüdudlarından kənarda qaçqın vəziyyətində yaşayır. Hal-hazırda 200.000 Arakanlı Müsəlman Pakistanda, 500. 000-i Səudiyyə Ərəbistanında, 10.000 ‘i isə Malayziyada yaşayır. Banqladeşdə isə BMT nəzarətində 22.000, 300.000-ə qədər də qaçaq immiqrant var. Ancaq Arakanlı Müsəlmanlar, Banqladeşdəki bu immiqrant düşərgələrində də yenə bir çox acı və çətinliklə iç içə yaşayırlar.

Onlar üçün nə edə bilərik? Rohingya Müsəlmanları Arakanda sözlərlə tərif edilməyəcək qədər amansız bir zülm altında yaşayırlar. Onlar, əsir alınaraq insan ticarətində istifadə edilən, müxtəlif işgəncələrə məruz qalan, qadınlarına təcavüz edilən, malları evləri yandırılan, kölə kimi haqsız tətbiqlərlə işlədilən və ən təməl insani hüquqlardan belə məhrum qalan məzlum, kimsəsiz insanlardır. Dünyanın bir çox yerində zülm görən insanlardan fərqləri isə, onların kömək sədasının ‘səssiz qışqırıqlar’ olmasıdır. Dünya heç cür onların səslərini eşitmir. Əsri aşan bir müddətdir tərif edilə bilməyəcək bir zülm və qətliama məruz qalırlar. Ancaq bu vaxta qədər bu zülmü dayandıracaq bir addım atılmamışdır.

Zülm altındakı bu məzlum insanlara yardımın çatdırılması, onları yaşadıqları qorxulardan, ağrılardan, çətinliklərdən, zalımların zülmündən qurtara bilmək üçün beynəlxalq səviyyədə addımlar atılması lazımdır. BMT və bütün digər beynəlxalq nüfuzların qərarlı addımlarla Myanmar hökuməti üzərində sanksiyalar tətbiq etməsi və oradakı günahsız xalqın haqqlarını qoruma altına alması lazımdır. Bu məqsədlə Rohingyalıların yaşadığı Rakhine bölgəsinə BMT Barış Gücü göndərilməsi üçün lazım olan cəhdin göstərilməsi son dərəcə əhəmiyyətlidir. Işgəncələrin, təcavüzlərin, yağmalanmaların, haqsız həbslərin, öldürülmələrin dayandırılması; bu haqsız tətbiqləri edənlər haqqında lazımlı sorğulamaların və qanuni əməliyyatların aparılması və beynəlxalq medianın və insan hüquqları təşkilatlarının, yaşananların hadisə yerində araşdırılması, atılması lazım olan başlıca addımlardandır.

Sonra da Rohingya xalqına vətəndaşlıq haqqı təmin edilməsi və qoruma altına alınmaları üçün BMT-nin lazımi qədər cəhd etməsi həyati əhəmiyyət daşıyır. Ölkədəki bütün digər vətəndaşlar kimi, təhsil, səhiyyə, dərman və müalicə imkanları kimi ictimai hüquqlardan faydalana bilmələri, onlar kimi bütün insani hüquqlara sahib olmaları üçün Myanmar hökumətiylə əməkdaşlığın qurulması vacibdir. Arakan Bir Qurtarici gözləyir. . . Ancaq bütün bu addımlar atılsa belə, Arakan xalqı yenə də onları dincliyə qovuşduracaq qalıcı bir həll yoluna möhtacdır. Əgər dünyadakı bütün müsəlman ölkələri ittifaq edərək birləşərsə, dünya əhalisinin təxminən ¼-ini əhatə edən, 1.5 milyard əhaliyə sahibolan çox böyük bir güc birliyi ortaya çıxacaqdır. Siyasi, ictimai, iqtisadi və hərbi sahədə, belə böyük bir gücün qarşısında isə, dünyanın ən ucqar yerində də olsa, heç bir zalımın tək bir müsəlmana belə zülmə etməyə cəsarəti olmayacaq.

Müəllif: Gülgün Göktan

Tərcümə: Gül Emin

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s